Ölkə

Azərbaycanda "COVİD 19" pasportu ilə bağlı QƏRAR HAZIRDIR? - Rəsmi AÇIQLAMA

3 İyun 2020 17:53
Baxış: 4 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turizmi prioritet istiqamət hesab edən dövlətlərin təcrübəsi öyrənilir və müzakirələr aparılır ki, pandemiya dövründə sərhəd açılandan sonra sərhəd keçmə qaydası necə olacaq. 

Milli.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Sözçü Azərbaycanda əcnəbi vətəndaşlar üçün turizm sektorunun açılması yolunda koronavirus səbəbiylə bəzi qaydalarla bağlı konkret qərarın verilmədiyini bildirib:

"Bununla bağlı Azərbaycanda, hələ ki, sağlamlıq pasportu ("COVİD 19" pasportu - red) ilə bağlı, testlə bağlı, müəyyən müddətdə karantinə yerləşdirməklə bağlı konkret qərar verilməyib. Bu şərtlər, hələ ki, müvafiq dövlət qurumları tərəfindən səsləndirilməyib. Müxtəlif fikirlər var, amma qərarlar yoxdur. Biz turizmçi olaraq onun tərəfdarıyıq ki, minimum şərtlər olsun. Çünki sərhədlərin açılması heç də avtomatik olaraq turizmin inkişafı demək deyil. Yəni turist görsə ki, onun qarşısında ciddi maneələr durur, məsəl üçün, belə bir fikir var ki, Azərbaycana gələndə 14 gün karantində qalsın. Bu, o deməkdir ki, o turist gəlməsin də. Yaxud da ki, digər ciddi şərtlər olsa bu, turizmin inkişafına yox, ziyanına işləyən bir şeydir. Sərhədləri açmaqla turizmin inkişaf etməyi bir balaca fərqli bir şeydir".

Kənan Quluzadə COVİD-19 təhlükəsinə rəğmən əcnəbi tursitləri qəbul etmək üçün ölkənin hazır olduğunu qeyd edib:

"Biz bu günlərdə də Operativ Qərargahla da konsultasiya aparırdıq. Xarici partnyorlarımız üçün rəsmi cavab hazırlamışıq ki, sərhədlər açılanda nəyə görə onlar Azərbaycana gəlməkdən çəkinməli deyillər?! Bizim cavabımız: Artıq bizdə faktiki olaraq nəzarətə götürülmüş bir prosesdir, infrastruktur yaradılıb, təcrübə toplanıb, ölkə hazırdır. Yəni bu koronavirusla artıq bacara bilir. Cərimələr tətbiq edilməyə başlanıb və digər amillər var. Azərbaycan 10 milyon əhalisi olan digər dövlətlərlə müqayisə ediləndə bizdə yoluxma sayı azdır".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.