Ölkə

Bakıda qadın qızının sevgilisini bıçaqlayıb - Qızı ilə evlənmək istəmədiyi üçün

3 İyun 2020 15:50
2 Şərh     Baxış: 3 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aynurə Qafarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş üzrə məhkəmənin baxış iclası iyunun 9-na təyin olunub.

İttihama görə, Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Kənan Binnətov orta yaşlı Aynurə Qafarova tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Aynurə Qafarova həbs edilib.

İlkin məlumata görə, Kənan Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibətdə olsa da, sonradan onunla evlənməkdən imtina edib. Nəticədə A.Qafarova K.Binnətovu bıçaqlayıb.

A.Qafarova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.