Ölkə

Azərbaycanda kəndə ilanlar hücum etdi - İnanılmaz görüntülər

2 İyun 2020 11:08
0 Şərh     Baxış: 2 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı sakini evinə hücum etmiş 17 ilanı öldürüb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, dünən axşam saatlarında rayonun Rüdəkənar kənd sakini İlham Əliheydər oğlu Əkbərova məxsus yaşayış evini ilanlar basıb.

Zəhərli ilanların evə və həyətyanı sahəyə girməsindən ev sahibi və onun həyat yoldaşı çox narahatdırlar. Yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər. Artıq 17 ilanı zərərsizləşdiriblər, ən iri ilanın uzunluğu 1.3 metrə çatır.

Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir sözügedən ərazidə yaşayan İlham Əkbərovun sözlərinə görə, əvvəllər də həyətyanı sahədə ilanlar olub. İndi isə zəhərli ilanlar evə hücum ediblər, hətta yuva qurublar.

Onun sözlərinə görə, bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib.

Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib və bu gün həyətdə dezinfeksiya işləri aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.