Ölkə

DİM: Bu şəxslər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək

1 İyun 2020 12:11
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, amma indi ali məktəblərə qəbul olmaq istəyənlər mütləq şəkildə iyunda keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər:

"Onlar bu imtahanı verməlidirlər ki, ali məktəblərə qəbul müsabiqəsində iştirak edə bilsinlər, amma ali məktəbə qəbul olmaq istəyənlər sentyabrda da imtahan verə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.