Ölkə

Kişi keçmiş arvadını çapacaqla ölümcül hala saldı

31 May 2020 11:28
2 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqanda kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Mil qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı 1970-ci il təvəllüdlü Dilruba Cəfərova ilə mübahisə edib. Mübahisə zamanı T.Muradxanov ət doğramaq üçün nəzərdə tutulan kəsici alət olan çapacaqla D.Cəfərovanın baş və bədən nayihələrinə çoxsaylı zərbələr vurub.

Qadın ağır xəsarətlərlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.