Ölkə

Dövlət Komitəsi 12 yaşlı uşağın vəfatı ilə bağlı məlumat yaydı

22 May 2020 17:00
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, komitənin yaydığı açıqlamada bildirilir. Məlumatda Dövlət Komitəsi Oğuzda itkin düşən 12 yaşlı uşağın vəfatından təəssüfləndiyini qeyd edir:

"Hadisə ilə əlaqədar qeyd edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayon İcra Hakimiyyəti yanında "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya" ilə əlaqə saxlamışdır. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilmişdir. Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır. Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.