Ölkə

Qoçuluq edib söyüş söyən sürücü nəzarətə götürüldü

19 May 2020 17:26
1 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

90-UN-149 qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Saray qəsəbəsində yol hərəkəti qaydasını pozaraq digər sürücüyə təhlükə yaradan, daha sonra həmin sürücüyə nalayiq söyüşlər söyüb hədə-qorxu gələn sürücünün Quliyev Araz Səfər oğlu olduğu bilinib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, materiallar Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırılıb. Baş verən hadisə Sumqayıt şəhərinin inzibati ərazisi sayıldığı üçün materiallar Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilib. 

Həmin şəxsin saxlanılması və barəsində tədbir görülməsi üçün araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, sürücü hadisədən bir neçə saat sonra guya haradasa yıxılaraq xəsarət alıb və bununla bağlı Travmotologiya xəstəxanasında müalicə olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.