Ölkə

Bakıda kiçik səhv qorxunc qəzaya səbəb oldu - VİDEO

16 May 2020 10:34
2 Şərh     Baxış: 3 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş verən dəhşətli qəza kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bir müddət öncə paytaxtın Heydər Əliyev prospektində baş verib. Belə ki, prospektlə hərəkət edən "BMW" markalı avtomobilin sürücüsü yüksək sürətlə manevr etmək istəyən zaman avtomobil idarəetmədən çıxaraq öncə ayırıcı zolağa dəyir və daha sonra sağ zolaqla hərəkət edən "Hyundai" markalı avtomobillə toqquşur. Qəza nəticəsində hər iki avtomobil ayırıcı zolağın üzərinə çıxır və zərbənin təsirindən "Hyundai" markalı avtomobil digər hərəkət hissəsinə keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.