Ölkə

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək

13 May 2020 18:17
Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə münasibət bildirərkən deyib.

"NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması halından xəbərimiz var. Biz belə hallarda təmasa keçirik və etirazımızı bildiririk, təhrif olunmuş hallar aradan qaldırılır. Bu halla bağlı ABŞ-dakı səfirliyimiz tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.