Ölkə

Sel suları bir neçə rayonda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub - FOTO

13 May 2020 12:13
1 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Azərişıq" ASC gücləndirilmiş iş rejimini davam etdirir.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, Quba rayonunda 35 kV-luq "Təngaltı" və "Ulduz- 2" hava veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb elektrik dayağının fundamentini yumaq təhlükəsi ilə üzləşib.

Operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal-materal və texnika ayrılıb. Qərb rayonlarında və o cümlədən "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib.

Təmir-bərpa işləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.