Ölkə

Bakıda arvadı itkin düşən 27 yaşlı oğlan özünü körpüdən atmaq istədi

11 May 2020 13:02
16 Şərh     Baxış: 4 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda intihar hadisəsinin qarşısını alıblar.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində paytaxt sakini, 1993-cü il təvəllüdlü Murad Həmidzadə Qara Qarayev prospektindəki körpüdən özünü atmaq istəyib.

Xoşbəxtlikdən hadisə yerində olan polis əməkdaşları gəncin intihar etməsinin qarşısını alıblar.

Məlum olub ki, M.Həmidzadənin həyat yoldaşı itkin düşüb və bu günə qədər tapılmayıb.

M.Həmidzadə bildirib ki, onu intihara sövq edən səbəb budur.

Hazırda 24-cü polis bölməsinin əməkdaşları tərəfindən qadının itkin düşməsi ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.