Ölkə

Bakıda "Mercedes" oğurlayan şəxs saxlanıldı

30 Aprel 2020 17:21
0 Şərh     Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Mercedes" oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.İsmayılov aprelin 29-da A.M.Cümə küçəsindən "Mercedes" markalı avtomobilinin qaçırılmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqiyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.