Ölkə

Bakıda ağacların dibləri betonlanıb - Nazirlik işçiləri hadisə yerində - FOTO

29 Aprel 2020 14:35
7 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ağacların diblərinə beton tökən şəxslər peyda olub.

Hadisə paytaxtın Xanlar küçəsində qeydə alınıb. Adıçəkilən küçədə naməlum şəxslər bir neçə iri gövdəli ağacın diblərinə beton tökərək onları məhv etməyə çalışıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a açıqlama verilib.

Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, nazirlik bu hadisədən məlumatlıdır:

"Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları hazırda sözügedən ərazidədirlər və araşdırma aparılır. Yaxın saatlarda araşdırmanın yekunu ilə bağlı açıqlama veriləcək".

Qeyd edək ki, həmin əraizdə yaşan sakinlər bildirirlər ki, hadisəni Xanlar küçəsində yeni tikilən binada işləyən şəxslər ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.