Ölkə

Bakıda avtomobil oğurlayan şəxs saxlanıldı

20 Aprel 2020 17:53
0 Şərh     Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Nizami rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən "Mercedes" markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.