Ölkə

Bakıda fəhlə itkin düşdü

18 Aprel 2020 13:29
0 Şərh     Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fəhlə itkin düşüb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayon sakini Gülzar İsayeva rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

O, Sabunçu rayon bazarında və Nizami rayonundakı "8 km bazarı"nda fəhlə işləyən, 1973-cü il təvəllüdlü qardaşı Salman Cəlilovun itkin düşdüyünü bildirib.

G.İsayeva ərizəsində qeyd edib ki, qardaşını sonuncu dəfə aprelin 6-da Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, 5 ünvanında görüb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.