Ölkə

"Eldən evə-əldən elə" adlı maddi-mədəni irs mövzusunda əl işləri müsabiqəsi elan edilib

9 Aprel 2020 17:21
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın "Evim-Yeni İş Yerim" adlı layihəsi çərçivəsində Qobustan Milli Tarix-Bədii Qoruğu "Eldən evə-əldən elə" adlı maddi-mədəni irs mövzusunda əl işləri müsabiqəsi elan edir. Müsabiqə üç mərhələdə keçiriləcək. Müsabiqədə iştirak edəcək əl işlərinin fotoşəkilləri  ilkin mərhələdə  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Qobustan Milli Tarix Bədii Qoruğunun əməkdaşlarından ibarət münsiflər heyəti  tərəfindən qiymətləndiriləcək. İkinci mərhələdə, karantin rejimi bitdikdən sonra Qobustan Milli Tarix-Bədii Qoruğuna göndərilən əl işləri arasından münsiflər heyəti tərəfindən müsabiqənin qalibi müəyyən olunacaq. Üçüncü mərhələdə isə qoruğa göndərilmiş bütün əl işlərinin sərgi-satışı təşkil olunacaq.

Qalib iştirakçılara Qobustan Milli Tarix-Bədii Qoruğunun  sertifikatları təqdim olunacaq.
Əgər Siz də  müsabiqədə iştirak edib qalib olmaq, hazırladığınız məhsulların sərgi-satışını həyata keçirmək istəyirsinizsə  əl işlərinizin fotoşəklini adınız, soyadınız, əlaqə nömrəniz  qeyd edilməklə Qobustan Milli Tarix-Bədii Qoruğunun [email protected]
elektron ünvanına göndərin.

İnformasiya dəstəyi - Trend.az, Milli.az, Day.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.