Ölkə

Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib - FOTO

9 Aprel 2020 16:34
1 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 39 yaşlı Zaqatala şəhər sakini Vüqar Çobanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd kibrit qutusunda 7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

V.Çobanovun idarə etdiyi "VAZ-2109" markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən 1 ədəd sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.