Ölkə

Olimpiya çempionu: "Koronavirusdan tezliklə qurtulmaq üçün hamını qaydalara riayət etməyə, evdə qalmağa çağırıram" - VİDEO

7 Aprel 2020 11:02
Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusdan tezliklə qurtulmaq üçün hamını qaydalara riayət etməyə, evdə qalmağa çağırıram.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Olimpiya çempionu Afaq Sultanova deyib.

O bildirib ki, koronavirus bütün dünyaya çox çətin anlar yaşadır. Bu şəraitdə ev şəraitində qalmaq çətin olsa da, hər kəs buna məcburdur:

"Bu virus hər birimizi çətin vəziyyətə salıb. Ev şəraitində məşqlər çətindir. Lakin buna məcburam, məşqlərimi davam etdirirəm. Ümid edirəm ki, Azərbaycan bu koronavirus bəlasından qurtular. Bu virusdan tezliklə qurtulmaq üçün hamı qaydalara riayət etməyə, evdə qalmağa çağırıram".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.