Ölkə

Bələdiyyə iydə ağaclarının kəsilməsinə görə cərimələndi

6 Aprel 2020 13:22
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bərdə rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Bərdə rayonu Göyüşlü bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində iydə ağaclarının kəsildiyi və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Göyüşlü bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.