Ölkə

Ağcabədidə dəhşət: 2 qardaşın üzərinə benzin töküb yandırdılar

6 Aprel 2020 10:48
1 Şərh     Baxış: 5 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonunda dəhşətli hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Boyat kənd sakini Amil Əmrahov həmkəndliləri Ehtiram Əliyev və Yaşar Əliyevlə mübahisə edib. Mübahisə nəticəsində A.Əmrahov E.Əliyev və Y.Əliyevin üzərilərinə benzin tökərək yandırıb.

E.Əliyev və Y.Əliyev qardaşları Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər. Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hadisə söyüş üstündə olub. Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.