Ölkə

"Azərbaycanda bütün bölgələrdə koronavirusa yoluxma halları var"

2 Aprel 2020 13:07
11 Şərh     Baxış: 9 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bütün bölgələrdə koronavirusa yoluxma halları var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hansı bölgədə yayılma faizinin daha çox olması açıqlanmır:

"Biz, əsasən, yoluxmanı bütün bölgələrdə aşkarlamışıq. Azərbaycanın hər bölgəsində bu fakt təsdiqlənib. Digər tərəfdən, 1 xəstənin keçdiyi yerdən onlarla insanın yoluxduğunu aşkarlamışıq. Bu da insanları sürətli yoluxdurur. Ona görə də tələb edirik ki, evdə qalın, küçələrə çıxıb yoluxmayın və yoluxdurmayın".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.