Ölkə

Türkiyədə koronavirus kabusu - 600-dən çox həkim yoluxdu

2 Aprel 2020 16:14
2 Şərh     Baxış: 2 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin 601 səhiyyə işçisi koronavirusa yoluxub.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir bildirib: "Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxma hallarının 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bunu demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, ölkəmizdə 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların sayı 15,6 mini ötüb, ölənlərin sayı isə 277 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.