Ölkə

Astarada narkotacir saxlanıldı - Evindən 4 kiloqramdan artıq narkotik çıxdı

2 Aprel 2020 10:50
0 Şərh     Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixatrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram çəkidə narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Səncərədi kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 900 qram narkotik vasitə tiryək, 447 ədəd narkotik tərkibli metadon həblər, 35 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.