Ölkə

Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb

1 Aprel 2020 16:32
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə "Microsoft Teams" platformasından ödənişsiz istifadə imkanı yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video dərslər (video.edu.az) portalında yerləşdirilib.

Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.