Ölkə

Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri verilə bilər

31 Mart 2020 14:05
Baxış: 4 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verildiyi əhali kateqoriyasına aztəminatlı gənclər də daxil edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Mənzil Məcəlləsinə edilən yeni dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə əsasən, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə də sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna əsasən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Qanun layihələri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
bu gün keçirilən iclasında müzakirə edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.