BMTM: Azərbaycanlıların məruz qaldıqları qətliamlar beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətini almayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) açıqlama yayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, açıqlamada deyilir:
"Hər il 31 mart tarixi Azərbaycan Respublikasında və bütün dünya azərbaycanlıları tərəfindən xalqımızın soyqırımı günü kimi qeyd olunur. 1918-ci il mart-aprel tarixləri Bakı, Şamaxı, Quba, və digər ərazilərdə azərbaycanlıların Bakı Soveti və erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə öldürülməsi, öz yurd-yuvalarından sürgün edilərək repressiyalara tuş gəlməsi kimi qanlı hadisələrlə yaddaşlara həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyət zəminində qətlə yetirilmiş, bu ərazilərdə yerləşən azərbaycanlılara məxsus evlər yandırılmış, məktəblər, xəstəxanalar, məscid və digər infrastruktur və mədəni abidələr məhv edilmişdir. 1918-ci ilin mart qırğınları "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınının davamı idi.
Azərbaycan Demokratik Respublikası (ADR) yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılması üçün Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Lakin ADR-in süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin tam olaraq təhqiq edilməsi və ona müvafiq siyasi-hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bu qanlı hadisələrə müstəqil Azərbaycan Respublikasının yaranmasından sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında adekvat siyasi qiymət verilmiş və həmin gün "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.
Lakin təəssüflər olsun ki, azərbaycanlıların milli-etnik mənsubiyyət zəminində məruz qaldıqları bu qətliamlar beynəlxalq ictimaiyyət tərəfindən hələ də öz lazımi siyasi-hüquqi qiymətini almamışdır. 1918-ci ilin hadisələri ermənilər tərəfindən azərbaycanlılara qarşı davamlı və sistemli şəkildə bu gün də törədilən cinayətlərin əsasında dayanaraq müasir tarixin ən qanlı və qara səhifələrindən birini təşkil etmişdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
XƏBƏR LENTİ
-
Qatıqlı qəhvəni yoxlamağa dəyərmi?
-
80 illik yubileyinə bunu hədiyyə istəyir
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
Günün qoroskopu: Meditasiya, dua və ya sakit istirahət yaxşı təsir edəcək
-
“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
-
Gədəbəyə dolu düşüb
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
-
Tramp: Bu gün ABŞ İrana çox güclü zərbə endirəcək





