Ölkə

Gəncədə sərxoş oğul atasını qətlə yetirdi - MƏHKƏMƏ

28 Mart 2020 16:50
0 Şərh     Baxış: 1 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası aprelin 15-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Gəncə şəhərində 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb. 
Y. Dadaşov polis tərəfindən sərxoş vəziyyətdə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.