Ölkə

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırılır

27 Mart 2020 17:05
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qeyri-neft sektorunda çalışan şəxslərə icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti 2022-ci il yanvarın 1-dək uzadılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq "Tibbi sığorta" haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

İndiyə qədər bu müddət 2021-ci il yanvarın 1-dək nəzərdə tutulurdu. Güzəştlər muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üçün nəzrdə tutulurdu.

Qeyd edək ki, Milli Məclis martın 30-da keçiriləcək plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək. Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.