Ölkə

Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu - FOTO

27 Mart 2020 11:45
4 Şərh     Baxış: 2 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arasında xüsusi ekspress avtobus xətlərinin fəaliyyəti barədə qərar qəbul edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərardan sonra martın 23-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, M1 və M2 ekspress marşrut avtobusları 06:00-22:00 arası fəaliyyət göstərəcək.

Ekspress xətlər üzrə avtobuslar yalnız metro stansiyaların çıxışlarında dayanacaq.

Amma Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan 7a nömrəli avtobus buna əməl etmir. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "Əhmədli" metro stansiyası istiqamətində hərəkət edən avtobusda sərnişinlərin sıxlığı müşahidə olunub. 

Həmin fotonu təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.