Ölkə

Son iki gündə Bakı və Abşeronda havanın çirklənməsi azalıb

19 Mart 2020 18:39
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasında atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə martın 18-19-da keçirdiyi monitorinqlər zamanı havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığı məlum olub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirliyin şöbə müdiri Rasim Səttar-zadə bildirib.

Onun sözlərinə görə, havada azot, karbon və kükürd oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb.

R.Səttar-zadə əlavə edib ki, əvvəlki göstəricilərlə müqayisədə son iki günün göstəriciləri çirkləndiricilərin 40-50 faiz azaldığını deməyə əsas verir:

"Havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasıdır".

Nazirliyin şöbə müdiri qeyd edib ki, son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib. Bu gün səhər saatlarında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.