Ölkə

Keçmiş məhkum yarım kiloqram narkotiklə saxlanıldı

16 Mart 2020 11:50
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat paytaxtın Pirallahı rayonu ərazisində baş tutub. Pirallahı rayon Polis şöbəsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə məhkum olunmuş B. Məmmədov saxlanılıb. Baxış zamanı həmin şəxsdən 480 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.