Ölkə

Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olundu

16 Mart 2020 10:33
2 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub.

Milli.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əmənullayev Oktay Xalıq oğlu "Astara Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.