Ölkə

Türkiyəyə narkotik aparan azərbaycanlı qadın tutuldu

2 Mart 2020 18:10
0 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Qars vilayətində azərbaycanlılardan narkotik maddə götürülüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Qars Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi və Sarıqamış Rayon Polis İdarəsi üçü azərbaycanlı olan beş şübhəlidən narkotik maddə aşkar ediblər.

Əməliyyatçılar Qars-Ərzurum şosesində narkotik ticarəti üçün Azərbaycandan Qarsa gələn azərbaycanlıların avtomobilini saxlayıblar.

Axtarış zamanı avtomobildə olan üç qadından birinin üzərindən 23,73 qram metamfetamin və 1,27 qram qurudulmuş çətənə tapılıb.

L.G. adlı həmin qadın həbs edilib. Digər şəxslər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.