Ölkə

Tovuz sakini narkotiklə tutuldu - FOTO

2 Mart 2020 14:25
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə St Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqda şübhəli bilinən, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Rəhman Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen kisədən yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı XPŞ-nin baş müstəntiqi, polis kapitatın Natiq Əliyarov tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.