Ölkə

Bu əlamətləri olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər - Operativ qərargah

28 Fevral 2020 18:21
8 Şərh     Baxış: 5 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə koronavirusdan şübhələnən şəxs bütün ərazilərdə təcili tibbi yardım stansiyaları, yaxınlıqdakı xəstəxana və ya digər tibb müəssisəsinə müraciət etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Vasif Əliyev koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yüksək qızdırma, öskürək, əzələ ağrıları, burun axması olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər: "Həmin tibb müəssisələrinin əməkdaşları dərhal həmin xəstəni nəzarətə götürəcək. Xəstədən analiz götürüləcək və müayinə ediləcək. Əgər onda koronavirus şübhəsi aşkar edilərsə, dərhal xəstə karantinə götürüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.