Ölkə

Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub

27 Fevral 2020 19:44
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub.

Milli.Az Trend-ə stinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun dözlərinə görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb: "Onlardan 10 nəfərin ov qaydalarını pozduğu üçün Azərbaycandan deportadiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik".

H.Əlizadə, həmçinin ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb: "Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etməmək, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Pouzuculara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2 min manata qədər cərimə tətbiq edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.