Ölkə

Şirvanda baş verən dəhşətli qətlin TƏFƏRRÜATI: arvadını yuxarı mərtəbəyə qaldırıb amansızlıqla öldürdü - VİDEO

27 Fevral 2020 10:11
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan rayonunda dəhşətli qətl hadisəsi olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Cənub Sənayə Qovşağının inzibati binasında qeydə alınıb.

Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında boğub, daha sonra onu bıçaqla qətlə yetirib.

APA TV xəbər verir ki, Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Sahib Nağıyevin anası bildirib ki, hadisə zamanı o evdə olub:

"Saat 8-9 radələrində Sahib evə gəldi. Sonra ər-arvad yuxarı evə getdilər. Bir azdan oğlum qayıdıb gəldi. Soruşdum ki, Pərvanə hanı? Dedi ki, yatıb, qoy yatsın. Sonra Sahib təzə evi su basıb deyərək, uşaqlarını da götürüb gedib, biz gedirik evə baxmağa.

Suyu bağlayıb gəlirik. Mən də evdə tək qaldım. Gəlinin yanına getmədim ki, bir az əsəbidir. Qoy yatsın. Sonra bildim ki, gəlin ölüb. Mənim gəlinimin günahı yoxdur".

Qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib. Sahib Nağıyev isə qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

------------

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.