10:06
Salyanda baş verən dəhşətli cinayətin təfərrüatı məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 1962-ci il təvəllüdlü Ələkbər Hüseynov bir il əvvəl ayrıldığı 1970-ci il təvəllüdlü Nübubət Hüseynovanı qətlə yetirərək, evi yandırıb.
Səhər saatlarında keçmiş həyat yoldaşının evinə gələn Ə.Hüseynov qapının bağlı olduğunu görərək, hasardan keçib və evə daxil olub. Bu vaxt hamamda olan N.Hüseynovanı orada qətlə yetirib. Daha sonra oğlu Fərhad Hüseynova məxsus olan "Jiquli" markalı maşını yandırıb. Sakitləşməyən Ə.Hüseynov evi də yandıraraq polisə gedib və təslim olub.
Qeyd edək ki, Ə.Hüseynovun toyuq ferması olub. Həyat yoldaşından ayrılsa da, onların arasında tez-tez münaqişə olub.
Faktla bağlı araşdırma aparılır.
----------
09:20
Salyanda keçmiş ər arvadını qətlə yetirib, daha sonra evi yandırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri Ələkbər Hüseynov tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb.
Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Hadisənin təfərüatı araşdırılır.
Milli.Az