Ölkə

Azərbaycanda xərçəng xəstəsi olan qadın özünü quyuya atdı

26 Fevral 2020 11:28
2 Şərh     Baxış: 2 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 25-i günorta saatlarında rayonun Kubin kəndində baş verib.

Kənd sakini, 49 yaşlı Vəzifə Babayeva qonşusu Asif Nəzərova məxsus, heç kimin yaşamadığı evin həyətindəki quyuya özünü ataraq intihar edib. O, kənd sakinləri tərəfindən quyudan çıxarılıb. 

V.Babayeva uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.