Ölkə

Bakıda ağac kəsən şirkət cəzalandırıldı

25 Fevral 2020 20:10
0 Şərh     Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonu, C.Səlimov 7 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

Onun görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 ədəd qovaq ağacı və 2 ədəd lüqustr kolunun kəsildiyi məlum olub.

Sadiq Dərafərin qeyd edib ki, ağac və kolların ərazidə "Casbak-Trade" MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub. MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə oluması üçün toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.