Ölkə

Şəkidə AĞIR QƏZA - ölən və yaralılar var

25 Fevral 2020 13:53
0 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 09:30 radələrində Şəki-Oğuz avtomobil yolunda qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

Qəza zamanı ölən şəxsin "VAZ 21011" markalı avtomobildə sərnişin qismində olan Şəki rayon sakini, 1978-ci il təvəllüdlü Şahid Əşrəf oğlu Rüstəmov olması müəyyən edilib.

Yaralılar - Şahid Rüstəmovun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Solmaz Qoca oğlu Rüstəmova, onların övladları - 2018-ci il təvəllüdlü Elgün Rüstəmov və 2015-ci il təvəllüdlü Aliyə Rüstəmova, "VAZ 21011"in sürücüsü Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Ramin Sabir oğlu Qocayev və "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Eldar Adil oğlu Vəlibəyovdur. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.