Ölkə

Bakıda dəhşət: fəhlə "KamAz"ın altında qalıb öldü

25 Fevral 2020 12:09
0 Şərh     Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntıları sexində baş verib.

Həmin sexdə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Səlimov Zaur Qulu oğlu sexdə metal qırıntılarını yük avtomobilinə yükləyərkən Nəcəfov Eldar Qədim oğlu "KamAz" markalı həmin yük avtomobilini arxaya verib. Həmin vaxt Z.Səlimov yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.