Ölkə

Bakıda polis əməkdaşının qətli ilə bağlı RƏSMİ məlumat - YENİLƏNİB

25 Fevral 2020 12:54
0 Şərh     Baxış: 6 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:54

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlinərək müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.

Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

---------
09:29

Bakıda polis əməkdaşı qətlə yetirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərmanov rayonunda baş verib.

Bakı şəhər sakini, 1993-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M. Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.