Ölkə

Nazirlik Bakıda ağac kəsintisi faktı ilə bağlı araşdırma apardı

24 Fevral 2020 21:20
0 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən söküldüyü məlum olub.

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.