Ölkə

"Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır" - Hikmət Hacıyev

24 Fevral 2020 10:51
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında koroanvirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Nazirlər Kabineti koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparılıb, Tədbirlər Planı hazırlanıb: "Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdüdlaşdırılması ilə bağlı da Xarici İşlər Nazirliyi tərəfindənq müraciətlər olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.