Ölkə

Azərbaycanda tənha yaşayan qadının evinə basqın edildi

21 Fevral 2020 11:12
0 Şərh     Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda qadının evinə basqın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndində qeydə alınıb.

Gecə saat 3 radələrində kənd sakini, 1966-cı il təvəllüdlü Durdanə İbadovanın evinə naməlum şəxs pəncərədən girib, qadının sifətindən tutub sıxaraq boynundan qiyməti 800 manat dəyərində olan qızıl boyunbağı və 800 manat dəyərində olan mobil telefonunu götürərək qaçıb.

Faktla bağlı Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.