Ölkə

Betonqarışdıran maşının içində qaldı, xəsarət aldı

21 Fevral 2020 10:45
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində dəmir-beton zavodunda işçi xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 20-si günorta saatlarında iş prosesi zamanı baş verib.

"Azəraqrartikinti"nin zavodunda operator, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Mirzəyev və baş operator İmran Əsədov betonqarışdıran avadanlığa sement tökərək onu hazır vəziyyətə gətiriblər. Daha sonra İmran Əsədov betonqarışdıran avadanlığın içində Sahib Mirzəyevi görməyərək onu işə salıb. Bu zaman S. Mirzəyev betonla birgə qarışaraq xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.