Ölkə

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqləndi

20 Fevral 2020 16:04
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı" təsdiq edilib.

Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, ümumi təhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçiriləcək, sənədli və bədii filmlər nümayiş ediləcək. Bundan başqa Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, "Ana fəryadı" abidəsini ziyarət edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.