Ölkə

Bakıda süpürgəçi qadınları maşın belə vurdu - VİDEO (18+)

20 Fevral 2020 13:09
4 Şərh     Baxış: 2 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda küçələri təmizləyən kommunal təsərrüfat işçilərinin avtomobillər tərəfindən vurulması halları tez-tez baş verir. Bəzən gündüz saatlarında, bəzən isə hətta gecə yarıdan keçəndən sonra bu işçilərin yolun hərəkət hissəsində dayanaraq təmizlik işləri aparması, yaxud yolu qaçaraq keçməsi baş verir. Belə vəziyyətdə onların avtomobillər tərəfindən vurulması da kimi acı nəticələr olur.

Milli.Az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi iki video Heydər Əliyev prospektində qeydə alınıb. Hər iki hadisə günün qaranlıq vaxtında baş verib. İlk videoda kommunal işçisi yolu keçməyə cəhd edir. Bir zolağı keçir, ikinci zolağın sonuna çatanda isə sürətlə hərəkətdə olan avtomobil onu vurur. 

İkinci hadisə də təxminən eyni ərazidə başqa bir vaxtda baş verib. Bu dəfə isə gecə saatlarında qadın yolun hərəkət hissəsində təmizlik işləri görür. Yaxınlaşmaqda olan sürücü onu son anda görə bilir. Həm qadını vurur, həm də avtomobili qaçırdan zaman bardürə deyərək qəza törədir və özü də xəsarət alır. 

Bu cür hadisələr təəssüf doğurur. Amma reallıq da budur ki, çox zaman sürücülərin günahı olmur. Baxmayaraq ki, bundan sürücülər əziyyət çəkir. Videonu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.