Ölkə

İcbari tibbi sığorta sistemi ilə işləyən müəssisələrdə baş verə biləcək ölüm halları zamanı hansı tədbirlər görüləcək?

20 Fevral 2020 12:16
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığorta sisteminin həyata keçirildiyi müəssisələrdə baş verə biləcək ölüm halları zamanı hansı tədbirlərin görüləcəyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Z.Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ə gər tibb müəssisəsində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırılır. Ölüm halının baş verməsində həkim səhlənkarlığı olarsa, xəstəxana rəhbərliyi həmin tibb işçisinə töhmət verə bilər. Ölüm faktından asılı olaraq, həkim vəzifəsindən uzaqlaşdırıla da bilər:

"Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, onlar toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.